×
A
A
A
Sazlamalar

İradə İbrahimova: Brakonyerlərin əksəriyyəti dəfələrlə cərimələnmiş şəxslərdir

Bakı, 24 yanvar, AZƏRTAC

Gizli deyil ki, balıqçılıq sahəsində müəyyən çatışmazlıqlar var. Brakonyerlər tərəfindən hələ də qəddarcasına balıq ovlanması halları müşahidə olunur, körpə nərə balıqları tutulur, nəsli kəsilmək təhlükəsi olan balıqların yox olmasına şərait yaranır.
Aparılan mübarizə tədbirləri, inzibati-hüquqi cəza vasitələri də bəzən istənilən nəticəni vermir. Çünki araşdırmalar göstərir ki, brakonyerlərin əksəriyyəti dəfələrlə cərimələnmiş şəxslərdir. Ona görə də ictimaiyyətin, dəstəyinə, qınağına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova yanvarın 24-də keçirilən mətbuat konfransında deyib.
Nazirliyin sözçüsü bildirib ki, hamılıqla belə düşüncəsiz addım atan, faunamıza düşmən münasibət bəsləyən, balıqları kortəbii ovlayanların qarşısını almalıyıq: "Brakonyerlərə səslənirik ki, balıqların kökünü kəsməyə yönələn qəddar əməllərə son qoysunlar.
Bu gün hamımızın üzərinə düşən odur ki, balıq ehtiyatlarının qorunmasında yaxından iştirak edək, qadağan olunmuş vaxtlarda, icazə verilməyən üsullarla balıq ovlanmasına qarşı çıxaq və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verək".

Ekologiya 2020-01-24 13:01:00