×
A
A
A
Sazlamalar

Dövlət qulluğu üzrə müsahibədə indiyədək 170 nəfər uğur qazanıb

Bakı, 24 yanvar, AZƏRTAC

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in yanvarın 24-ü saat 12:10-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 170 nəfər uğur qazanıb. Onlardan 86-sı Qida Təhlükəsizliyi İdarəsində, 24-ü Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, 3-ü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində, 1-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 1-i Milli Televiziya və Radio Şurasında, 1 nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3704 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.

Elm və təhsil 2020-01-24 12:46:00