×
A
A
A
Sazlamalar

Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 24 yanvar, AZƏRTAC

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın rəhbərliyi ilə “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransında iştirak etmək üçün Bakıya gəlmiş Rusiya nümayəndə heyəti yanvarın 24-də Fəxri xiyabana gedib, orada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin də xatirəsi yad edilib, məzarı üstünə tər çiçəklər qoyulub.
Mixail Qusman jurnalistlərə müsahibəsində vurğulayıb ki, Rusiya ilə Azərbaycanı həm mədəniyyət sahəsində, həm də başqa sferalarda sıx dostluq telləri bağlayır. Onun sözlərinə görə, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” kimi tədbirlərin keçirilməsi ölkələrimizin humanitar əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır.
M.Qusman xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bərqərar olmasına böyük töhfə verib.

Cəmiyyət 2020-01-24 12:43:00