×
A
A
A
Sazlamalar

Azərbaycanın keçən il xaricə satdığı təbii qazın həcmi açıqlanıb

Bakı, 24 yanvar, AZƏRTAC

2019-cu ildə Azərbaycanın xaricə təbii qaz satışının həcmi 11,7 milyard kubmetr olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.
Bildirilir ki, bu, 2018-ci ilin ixrac göstəricisindən (9,6 milyard kubmetr) 2,1 milyard kubmetr (22,2 faiz) çoxdur.
Qeyd edək ki, ötən il Türkiyəyə 9,1 milyard kubmetrdən çox, Gürcüstana isə 2,4 milyard kubmetrdən artıq Azərbaycan qazı ixrac edilib.

Neft - qaz 2020-01-24 12:23:00