×
A
A
A
Sazlamalar

Ümumi müsahibədə iştirak etmək üçün 70 nəfər ərizə verib

Bakı, 24 yanvar, AZƏRTAC

Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, yanvarın 24-ü saat 12:05-ə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmək üçün 70 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (26 nəfər) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (13 nəfər) qeydə alınıb.
Qeyd edək ki, ərizə qəbulu fevralın 3-də yekunlaşacaq.

Elm və təhsil 2020-01-24 12:07:00