×
A
A
A
Sazlamalar

Bərdə və Tərtərdə pestisidlərin və aqrokimyəvi maddələrin satış yerlərində monitorinqlər aparılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyin fitosanitar müfəttişləri Bərdə və Tərtər rayonlarında pestisidlərin, eləcə də aqrokimyəvi maddələrin satışı ilə məşğul olan ticarət obyektlərində növbəti monitorinqlər keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sahibkarlara pestisid və aqrokimyəvi maddələrin daşınması, satışı və tətbiqi sahəsində, eləcə də pestisidlərin təyinatına, preparat formasına və digər təhlükəsizlik qaydalarına görə ayrı-ayrılıqda saxlanması ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, monitorinqlər sınaqdan keçməmiş, istifadə müddəti bitmiş, istifadəsi qadağan olunmuş preparatların satışı və tətbiqinin yolverilməz olduğu, həmin halların məsuliyyətinin sahibkarlara izah edilməsi və bu kimi neqativ halların qarşısının alınması məqsədilə təşkil olunub.

Cəmiyyət 2020-01-24 10:50:00