×
A
A
A
Sazlamalar

“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən şəxslərin nəzərinə

Bakı, 24 yanvar, AZƏRTAC

“Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı ilə http://dim.gov.az/upload/iblock/165/165677805996bdc56ea3ead526b8a34b.pdf linkdə tanış olmaq mümkündür.
Müsabiqədə iştirak etmək üçün qeydiyyat 2020-ci il fevralın 2-si saat 18.00-dək davam edəcək. Müsabiqə haqqında ətraflı məlumat yukselish.az saytında yerləşdirilib.

Elm və təhsil 2020-01-24 10:45:00