Mayamidə Formula 1 Qran-Prisi üçün trasın yeni konfiqurasiyası təklif edilib
Bakı, 23 yanvar, AZƏRTAC
Mayamidə bəzi rəhbər işçilər Formula 1 yarışlarının bossları ilə birlikdə Mayami Qran-Prisinin təşkil edilməsi uğrunda mübarizəni davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, “Mayami Dolfins” Amerika futbolu komandasının baş direktoru və bu komandanın arenasının müdiri Tomas Harfinkel şəhər trasının konfiqurasiyasının yeni variantını təklif edib.
Əvvəlki versiyada olduğu kimi, bu marşrut da “Hard Rock Stadium” arenasının dövrəsindən keçir, lakin Qran-Pri keçirilməsinin əleyhdarlarının çoxundan ötrü məhək daşına çevrilmiş 199-cu küçə konfiqurasiyadan çıxarılıb.
Gözlənildiyinə görə, Mayami mərhələsi artıq 2021-ci ildə Formula 1 yarışlarının təqviminə daxil edilə bilər. Bu, ABŞ-da ilk Qran-Pri olmayacaq. Xatırladaq ki, hazırda ABŞ F1 yarışlarında Ostin (Texas ştatı) yürüşü ilə təmsil olunub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir