İddiaçılar turnirində Teymur Rəcəbovun məsləhətçisi Sergey Karyakin olacaq
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iddiaçılar turnirinə hazırlığı prosesində məsləhətçisi və sparrinq-tərəfdaşı rusiyalı şahmatçı Sergey Karyakin olacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə S.Karyakin məlumat verib. Qrossmeyster ötən ilin onun üçün çox çətin keçdiyini bildirib: “İlin sonunda fiziki cəhətdən tab gətirmədim. İndi yeni mövsümdən əvvəl istirahət etmək istəyirəm. Üstəlik, qarşıdakı iddiaçılar turnirində Teymur Rəcəbova kömək edəcəyəm. Onun məsləhətçisi və sparrinq-tərəfdaşı kimi çıxış edəcəyəm”.
İddiaçılar turniri martın 15-dən aprelin 5-dək Yekaterinburqda keçiriləcək. Turnirin qalibi dünya şahmat tacı uğrunda hazırkı çempion norveçli Maqnus Karlsen ilə görüşəcək.
Turnirdə T.Rəcəbovla yanaşı, rusiyalı Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseenko, amerikalı Fabiano Karuana, hollandiyalı Aniş Giri, çinli Liren Dinq və Yanq Hao mübarizə aparacaqlar.
Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub
Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib
Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub