×
A
A
A
Sazlamalar

Fransanın “Motorsport.com” portalı Formula 1 Azərbaycan Qran-Prisinin ölkə iqtisadiyyatına töhfəsindən yazıb

Paris, 23 yanvar, AZƏRTAC

Fransanın “Motorsport.com” portalı Formula 1 Azərbaycan Qran-Prisinin ölkəmizin iqtisadiyyatına töhfəsindən yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Bakı Qran-Prisinin ölkə iqtisadiyyatının inkişafındakı rolunun dünyada nəhəng “PricewaterhouseCoopers” mühasibatlıq şirkəti tərəfindən dəyərləndirildiyi bildirilib.
Qeyd olunub ki, ilk dəfə 2016-cı ildə Formula 1 Qran-Prisi adı ilə keçirilən yarış 2017-ci ildən etibarən Formula 1 Azərbaycan Qran-Prisi adlanıb. Məqalədə Formula 1 yarışlarının keçirilməsi ilə bağlı kontraktın 2023-cü ilədək uzadıldığı diqqətə çatdırılıb.
Yazıda Formula 1 yarışları zamanı ölkədə yeni iş yerlərinin də yaradıldığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın təbliğinə böyük töhfə verən Qran-Prini 2018-ci ildə 82,3 milyon, ötən il isə 90,2 milyon tamaşaçı izləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

İdman 2020-01-23 18:43:00