×
A
A
A
Sazlamalar

Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda parlament seçkilərini izləyəcəklər

Kişineu, 23 yanvar, AZƏRTAC

Moldova Mərkəzi Seçki Komissiyasının sədr müavini və parlamentinin deputatları fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə səfər edəcəklər.
Bu barədə AZƏRTAC-a Moldova MSK-nın mətbuat xidmətindən məlumat verilib.
MSK-nın sədr müavini Vladimir Şarban, deputatlar Vladimir Vituk və Fyodor Qaqauz fevralın 7-10-da Azərbaycanda səfərdə olacaq, seçkiöncəsi vəziyyəti və səsvermə prosesini müşahidə edəcəklər.
Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasında da görüş keçirəcək moldovalı qonaqlar seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2020-01-23 17:53:00