×
A
A
A
Sazlamalar

DSX: “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində üç kiloqrama yaxın narkotik vasitə tutulub

Bakı, 23 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində üç nəfərin olduğu “AzSamand” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafda müşahidələr aparması sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “Dayan!” əmri verilib. O, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Anar Kərəm oğlu olması müəyyənləşdirilib. Onun əlindəki bağlamaya baxış zamanı içərisində 2 kiloqram 980 qram çəkidə narkotik vasitə (2 kiloqram 115 qram marixuana və 865 qram tiryək) aşkarlanaraq götürülüb.
A.Əhmədovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobildəki digər iki nəfər hadisə yerindən qaçmağa cəhd göstərib. Lakin onlar da təqib edilərək saxlanılıblar. “AzSamand” markalı 90-PS-159 dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılan şəxslər özlərini Bakı şəhər sakini 1999-cı il təvəllüdlü Niftəliyev İlkin Gəray oğlu və Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Məmmədova Məftunə Xudayat qızı kimi təqdim ediblər. Onlar əraziyə narkotik vasitələri aparmaq məqsədilə gəldiklərini bildiriblər.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-01-23 17:23:00