×
A
A
A
Sazlamalar

Qaret Beyl “Unionistas” ilə görüşdə zədələnib

Bakı, 23 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Qaret Beyl İspaniya kubokunun onaltıdabir final mərhələsində “Unionistas”a qarşı görüşdə zədələnib.
AZƏRTAC xəbər verir ki, 30 yaşlı uelsli yarımmüdafiəçinin son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək. Sözügedən görüşdə “Real Madrid” 3:1 hesab ilə qələbə qazanıb.
Qeyd edək ki, Beyl cari mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 15 matçda 3 qol vurub.

İdman 2020-01-23 17:17:00