×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi: 351 namizəd “SABAH” qruplarında müəllim işləmək üçün qeydiyyatdan keçib

Bakı, 23 yanvar, AZƏRTAC 

Təhsil Nazirliyinin “SABAH” qruplarında 2019-2020-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə müsabiqədə iştirak üçün 27 vakant yer üzrə 351 namizəd qeydiyyatdan keçib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hazırda müraciətlərin ilkin qiymətləndirilmə mərhələsi aparılır. Sənədləri uyğun olan namizədlərə müsahibə mərhələsinə dəvət barədə məlumat göndəriləcək.
İkinci mərhələ başa çatdıqdan sonra müsabiqə nəticələrinin ümumi yekun qiymətləndirilməsi aparılacaq.

Elm və təhsil 2020-01-23 17:14:00