×
A
A
A
Sazlamalar

Bakı polisi: Restorandan çıxan şəxsin vətəndaşlara bıçaqla hücum etməsi barədə məlumatlar əsassızdır

Bakı, 23 yanvar, AZƏRTAC 

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu vurğulayaraq deyib: “Tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib. Bıçaqla hücum edilməsi faktı təsdiqini tapmayıb. Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır. Təhqiqatın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Hadisə 2020-01-23 15:32:00