×
A
A
A
Sazlamalar

Muay-tay üzrə XII Azərbaycan çempionatı keçiriləcək

Bakı, 23 yanvar, AZƏRTAC

Fevralın 15-16-da Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında muay-tay idman növü üzrə XII Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışa 200-ə yaxın idmançı qatılacaq.
Çempionatda Bakı, Gəncə, Bərdə, Mingəçevir, Quba və Salyandan klublar iştirak edəcəklər.

 

İdman 2020-01-23 13:43:00