×
A
A
A
Sazlamalar

“Alanyaspor”, “Antalyaspor” və “Ərzurumspor” Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib

Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 22-də Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci cavab oyunları günündə üç görüş keçirilib. "Beşiktaş" doğma meydanda "Ərzurumspor"a 2:3 hesabı ilə məğlub olaraq çempionatı tərk edib.
Xatırladaq ki, ilk oyunda da İstanbul təmsilçiləri 3:2 hesabı ilə uduzub.
"Antalyaspor" isə səfərdə "Göztəpə" ilə heç-heçə edib - 2:2. Birinci oyunda 4:3 hesabı ilə qalib gələn Antalya təmsilçiləri növbəti mərhələyə vəsiqə qazanıblar. "Kasımpaşa" isə doğma meydanda "Alanyaspor"u 2:3 hesabı ilə məğlub etsə də, ilk oyunda 3:1 uduzduğuna görə Alanya klubu dörddəbir final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin digər cavab oyunları bu gün keçiriləcək.

İdman 2020-01-23 01:18:00