×
A
A
A
Sazlamalar

Bosniya və Herseqovina yazda yenidən qanunsuz miqrant axınına məruz qala bilər

Sarayevo, 23 yanvar, AZƏRTAC 

Bosniya və Herseqovina sərhəd polisinin direktoru Zoran Qaliç ölkəsinin yazda yenidən qanunsuz miqrant axınına məruz qala bilmə təhlükəsinin olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, qonşu ölkələrin sərhədlərini bağlaması nəticəsində əsasən Yaxın Şərqdən gələn miqrantların Bosniya və Herseqovinaya gəlib qalması ötən il ölkəni ciddi problemlərlə üz-üzə qoymuşdu. Ölkə rəhbərliyi qanunsuz gələnlərin qarşısını almaq üçün maddi və texniki resurslarının olmadığını da açıqlamışdı.
Z.Qaliç qışa doğru gələnlərin sayının iqlimlə əlaqələndirib və vurğulayıb ki, havalar isindikcə bu axın sürətlənəcək. Bunun qarşısını almaq üçün digər ölkələrin və əlaqədar beynəlxalq qurumların köməyinə ehtiyac var. Belə ki, hazırda sərhəd polisində 2 min 228 əməkdaş çalışır. Sərhədlərin qorunması üçün ən azı 100 nəqliyyat vasitəsi, 132 binokl, 66 teplovizora ehtiyac var.
Ötən il ölkə sərhədlərində 13 min 251 nəfər qanunsuz miqrant saxlanılıb.

 

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2020-01-23 00:47:00