×
A
A
A
Sazlamalar

Veyk-an Zeedə şahmatçılarımız “sülh”ə razılaşıblar

Bakı, 23 yanvar, AZƏRTAC
Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində şahmatçılarımız növbəti heç-heçəyə imza atıblar.
AZƏRTAC xəbər verir ki, festivalın "Tata Steel Chalangers" (B turniri) turnirinin onuncu turunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov yerli idmançı Jorden Van Foreestlə “sülh”ə razılaşıb.
On turun nəticəsinə görə aktivində 5 xal olan R.Məmmədov 7-ci sırada qərarlaşıb.
"Tata Steel Chalangers"ə seçim turniri olan "Tata Steel Qualifer"də mübarizə aparan gənc şahmatçımız Aydın Süleymanlının da 5-ci turda Almaniya təmsilçisi Roven Vogellə oyununda bərabərlik qeydə alınıb. Beş turun nəticəsinə görə A.Süleymanlı 3 xalla 3-6-cı yerləri bölüşür.

İdman 2020-01-23 00:03:00