×
A
A
A
Sazlamalar

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sosial reabilitasiya prosesinin gücləndirilməsi, onlarla aparılan tərbiyə işinin və cəmiyyətə reinteqrasiyasının təkmilləşdirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə dövlət qurumları və ictimai təşkilatlarla birgə fəaliyyətə əsasən bir sıra müxtəlif səpkili idman, mədəni, maarifləndirici və kütləvi tədbirlər təşkil edilməkdədir.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məhkumların, vicdan və dini etiqad azadlığının təmin olunması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış birgə tədbirlər planına əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 15 saylı cəzaçəkmə müəssisələrində “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda seminar-treninqlər keçirilib.
Tədbirlərdə Komitənin, Azərbaycan İlahiyyat İnstitutunun və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.
Seminar-treninqlər məhkumlar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Sosial 2020-01-22 22:04:00