×
A
A
A
Sazlamalar

Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Bakı, 22 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin ilk 3 ayı ərzində keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan edilib. 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.

Elm və təhsil 2020-01-22 21:41:00