×
A
A
A
Sazlamalar

“Qarabağ” klubu Antalyada Qazaxıstanın “Jetisu” komandasını məğlub edib

Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” klubu yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçiləri Qazaxıstanın “Jetisu” klubu ilə üz-üzə gəliblər. Bakı vaxtı ilə saat 18:00-da start götürən matç “Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Komandamızın yeganə qolunu 5-ci dəqiqədə Mahir Əmrəli vurub.
Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk oyunda “Akademika Klinçeni” (Rumıniya) ilə heç-heçə edib - 2:2.

İdman 2020-01-22 21:04:00