×
A
A
A
Sazlamalar

“Qəbələ”-“Etar” oyununda hesab açılmayıb

Bakı, 22 yanvar, AZƏRTAC

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 22-də növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Qəbələ təmsilçisi Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 17:00-da start götürən matçda hesab açılmayıb.
Qeyd edək ki, “Qəbələ” bundan əvvəlki yoxlama oyununda Macarıstanın MTK komandasına 0:3 hesabı ilə uduzub, “Çayka”ya (Rusiya) eyni hesabla qalib gəlib.
Təmsilçimiz yanvarın 25-də Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

 

İdman 2020-01-22 19:06:00