×
A
A
A
Sazlamalar

Qazaxıstanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Aktau, 22 yanvar, AZƏRTAC

Azərbaycanın Aktaudakı Baş Konsulluğunun təşkilatçılığı ilə Atırau vilayətində və Aktau şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirib.
Tədbirdə çıxış edənlər bu günlərdə minlərlə insanın Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etdiklərini, nəsillər dəyişsə də, onların xatirəsinin ürəklərdə əbədi yaşayacağını bildiriblər. 20 Yanvar faciəsinin müstəqil Azərbaycan dövlətinin tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığı qeyd edilib.
Azərbaycanın Aktaudakı Baş Konsulluğu Aktyubinsk vilayətinin Aktobe şəhərində də 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirib.
Tədbir iştirakçıları 20 Yanvar hadisələrini əks etdirən fotosərgiyə və sənədli filmə baxıblar.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau

20 yanvar 2020-01-22 18:49:00