×
A
A
A
Sazlamalar

Azərbaycanın U-19 komandası “Alanyaspor”u məğlub edib

Bakı, 22 yanvar, AZƏRTAC

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində yanvarın 22-də ilk yoxlama oyununu keçirib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yerli “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb.
Mustafa Yıldırımın dubl etdiyi oyunda digər qolları Elçin Qasımov və Balamirzə Sultanov vurublar.
Xatırladaq ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

 

İdman 2020-01-22 18:40:00