×
A
A
A
Sazlamalar

Futbol üzrə FIFA e-klub dünya çempionatının qrup mərhələsinin püşkü atılıb

Bakı, 22 yanvar, AZƏRTAC

İsveçrənin Sürix şəhərində futbol üzrə FIFA e-klub dünya çempionatının qrup mərhələsinin püşkü atılıb.
AZƏRTAC FIFA-ya istinadla xəbər verir ki, turnirin təsnifat mərhələsində 190 komanda mübarizə aparıb. Gərgin keçən yarışlarda 24 komanda qrup mərhələsinə yüksəlib. Püşkə əsasən, komandalar 4 qrupda yarışacaqlar. Komandalar 1-in 1-ə və 2-nin 2-yə formatında güclərini sınayacaqlar.
Mükafat fondu 100 min ABŞ dolları olan dünya çempionatının final mərhələsinə sentyabrın 7-9-da İtaliyanın Milan şəhəri ev sahibliyi edəcək.

 

İdman 2020-01-22 17:57:00