×
A
A
A
Sazlamalar

Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Tbilisi, 22 yanvar, AZƏRTAC

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər. Bu barədə AZƏRTAC-a Gürcüstan MSK-nın mətbuat katibi Anna Mikeladze məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan MSK fevralın 9-da keçiriləcək parlament seçkilərinə müşahidəçilərin göndərilməsi ilə bağlı Gürcüstan tərəfinə dəvət göndərib.
Gürcüstan MSK Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırıb. Parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana MSK sədrinin müavini Giorgi Şarabidze və katibi Giorgi Cavaxişvili səfər edəcəklər. Gürcüstan nümayəndə heyətinə komissiyanın digər əməkdaşlarının əlavə olunacağı da istisna edilmir.
Qeyd edək ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinin gedişini gürcü jurnalistlər də izləyəcəklər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2020-01-22 17:33:00