×
A
A
A
Sazlamalar

TRT-nin “Türkiyənin səsi” radiosu 20 Yanvar faciəsi ilə bağlı müsahibə yayıb

Ankara, 22 yanvar, AZƏRTAC

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar TRT-nin “Türkiyənin səsi” radiosuna geniş müsahibə verib. Tanınmış jurnalist Sevda Mirzənin suallarını cavablandıran S.Şahtaxtı 20 Yanvar hadisələrinin səbəb və nəticələri, bu qanlı hadisə əsasında Azərbaycana qarşı qurulan məkrli planlardan bəhs edib.
Müsahibədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycanda törətdikləri hərbi cinayət, həmin gün erməni quldurların hər tərəfdən Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvana hücumu, xalqın sərgilədiyi cəsarət və yenilməzlik və digər mühüm məsələlər barədə oxuculara məlumat verilib. Diqqətə çatdırılıb ki, həmin vaxt ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində gedərək ovaxtkı rəhbərliyin cinayətkar əməllinə qarşı sərt çıxış edib, hadisənin əsl siyasi mahiyyətini dünya ictimaiyyətinə çatdırıb.

20 yanvar 2020-01-22 16:54:00