×
A
A
A
Sazlamalar

“Səbail” klubu iranlı futbolçunu heyətinə qatıb

Bakı, 22 yanvar, AZƏRTAC

Bakının “Səbail” futbol klubu növbəti transferini reallaşdırıb.
AZƏRTAC klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, Bakı təmsilçisi iranlı futbolçu Peyman Keşavarzini heyətinə qatıb. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq İranın “Qostareş Fulad” komandasında forma geyinən müdafiəçi əvvəllər “Traktor Sazi”, “Maşınsazi” və “İstiqlal” klublarında çıxış edib. Keşavarzi ötən il “Sumqayıt”da olsa da, komandadan debüt etmədən ayrılıb.

İdman 2020-01-22 16:49:00