×
A
A
A
Sazlamalar

Karate üzrə 11-ci beynəlxalq “Baku Open” turniri keçiriləcək

Bakı, 22 yanvar, AZƏRTAC

Martın 5-8-də Boks Mərkəzində 11-ci beynəlxalq “Baku Open” karate turniri keçiriləcək.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər.
Fərdi və komanda yarışlarında 10-dan artıq ölkədən 1000-dək idmançının iştirakı gözlənilir.

İdman 2020-01-22 16:31:00