Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub
Brüssel, 22 yanvar, AZƏRTAC
Azərbaycanın Belçikadakı səfirliyində Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərin işçi iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Avropa ölkələrində təmsil edən 20-dən çox səfir iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin xarici siyasət istiqamətləri və Avropa ölkələri ilə qarşılıqlı münasibətlərə dair tapşırıqları haqqında məlumat verib.
İclasda Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların Avropa ölkələrində tanıdılması, fevralın 9-na təyin edilmiş parlament seçkiləri ilə bağlı Avropa institutlarının effektiv şəkildə məlumatlandırılması və digər mövzular barədə müzakirələr aparılıb. Qeyd edilib ki, Avropanın seçkili orqanlarının rəsmi sənədlərində Azərbaycanın ərazi bütövlüyünü əks etdirən müddəaların əksini tapması istiqamətində bundan sonra da səmərəli iş aparılmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Mariya Zaxarova Azərbaycanın guya Ukraynaya silah tədarük etməsi ilə bağlı şayiələri şərh edib
RF XİN: Moskva anklavlar məsələsinin həllinə köməklik göstərməyə hazırdır