×
A
A
A
Sazlamalar

İqtisadiyyat Nazirliyinin əməkdaşları İstiqlal Muzeyində olublar

Bakı, 22 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin əməkdaşları Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanlarımızın, 20 Yanvar şəhidlərinin foto və şəxsi əşyalarından ibarət sərgi ilə tanış olublar.

 

20 yanvar 2020-01-22 13:26:00