×
A
A
A
Sazlamalar

“Qarabağ”ın futbolçusu U-19 millimizə dəvət olunub

Bakı, 22 yanvar, AZƏRTAC

Təlim-məşq toplanışını Antalyada davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir oyunçu dəvət edilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, “Qarabağ” klubunun üzvü Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.
Qeyd edək ki, U-19 bu gün Bakı vaxtı ilə saat 16:00-da “Alanyaspor” klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək.

İdman 2020-01-22 13:25:00