Azərbaycan İdman Jurnalistləri Federasiyasının idarə heyətinin tam tərkibdə birinci iclası keçirilib
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idarə heyətinin tam tərkibdə birinci iclası keçirilib.
AİJF-dən AZƏRTAC-a bildiriblər ki, iclasda 2020-ci il üçün fəaliyyət planının müzakirəsi, tədbirlər planının hazırlanması və təsdiqi, üzvlüyə qəbul meyarlarının müəyyənləşdirilməsi, vitse-prezidentlərin və komissiya sədrlərinin seçkisi, baş katib vəzifəsinə namizədlərin irəli sürülməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Müzakirələr nəticəsində müvafiq qərarlar qəbul olunub. Firuz Abdulla və Mahir Rüstəmli vitse-prezident vəzifəsinə seçiliblər. Həmçinin Vüqar Zeynalova federasiyalar və başqa idman qurumları ilə əlaqələr, Firuz Abdullaya etika, Elşən Məmmədova tədbirlərin təşkili və keçirilməsi, Ellada Mustafayevaya isə beynəlxalq əlaqələr və təhsil komissiyalarının sədri vəzifələri həvalə olunub. Komissiyaların hər birində daha iki üzvün yer alması planlaşdırılır.
Baş katib vəzifəsinə namizədlərin müzakirəsi növbəti iclasa təxirə salınıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir