×
A
A
A
Sazlamalar

Cüdoçularımız Təl-Əvivdə Qran-Pri turnirində güclərini sınayacaqlar

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 23-də İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək cüdo üzrə Qran-Pri turnirində Azərbaycanı 15 cüdoçu təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz Kəramət Hüseynov, Yaşar Nəcəfov (hər ikisi 60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Aslan Mirzəyev (100 kq) və Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) kişilər arasında mübarizə aparacaqlar.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinkorloo Münxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) güclərini sınayacaqlar.
Yarışda 90-na yaxın ölkədən 600-dən çox cüdoçu iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl keçirilən analoji yarışda cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub.

İdman 2020-01-22 12:55:00