×
A
A
A
Sazlamalar

“Neftçi” klubu ispaniyalı mütəxəssislə müqavilə imzalayıb

Bakı, 22 yanvar, AZƏRTAC

Bakının “Neftçi” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək.
Otuz dörd yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

İdman 2020-01-22 12:38:00