×
A
A
A
Sazlamalar

Qadın paracüdoçularımızın Batumidə təlim-məşq toplanışı başlayıb

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Batumidə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) cüdo idman növü üzrə qadınlardan ibarət milli komandasının təlim-məşq toplanışı başlayıb.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesinə baş məşqçi Ramin İbrahimovun rəhbərliyi altında 15 paracüdoçu qatılıb.
Təlim-məşq toplanışına yanvarın 29-da yekun vurulacaq.

 

İdman 2020-01-22 11:51:00