×
A
A
A
Sazlamalar

Mangistauda gənclərimizə 20 Yanvar faciəsi haqqında məlumat verilib

Mangistau, 22 yanvar, AZƏRTAC

Azərbaycanın Aktaudakı baş konsulluğu Mangistau vilayətində yaşayan gənc azərbaycanlılar və tələbələr ilə birlikdə 20 Yanvar faciəsinin 30-cu ildönümünə dair tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə baş konsul vəzifəsini icra edən Elmar Məmmədov gənclərə 20 Yanvar faciəsi barədə məlumat verib.
Gənclərə Azərbaycanın tarixi və milli-mədəni dəyərlərimizi dərindən öyrənmək, habelə müstəqillik yolunda canlarından keçən şəhidlərimizə daim hörmətlə yanaşmaq tövsiyə olunub.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş fotolar sərgilənib və “Qara Yanvar” sənədli filmi nümayiş edilib.


İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Mangistau 

20 yanvar 2020-01-22 04:44:00