×
A
A
A
Sazlamalar

Türkiyəli politoloq: Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan gənc respublika olsa da, demokratik seçki təcrübəsinə sahibdir.
AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay bildirib.
Politoloq deyib: “Azərbaycanda seçkilər hər zaman demokratik prinsiplərə uyğun keçirilir. Ümumiyyətlə, dünyada seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsi əhəmiyyətlidir və Azərbaycan bu prinsipləri daim prioritet seçir. Bu baxımdan, Azərbaycanda şəffaf, ədalətli və tam dəqiq seçki keçirmək ənənəsinin formalaşdığını deyə bilərik. Zaman keçdikcə, bu ənənə daha da inkişaf edir. Əminəm ki, Azərbaycan fevralın 9-da keçiriləcək parlament seçkilərində də demokratik ənənələrə sadiqliyini növbəti dəfə nümayiş etdirəcək”.

Siyasət 2020-01-21 17:23:00