×
A
A
A
Sazlamalar

MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib

Bakı, 21 yanvar, AZƏRTAC 

Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində bir neçə kitabça nəşr edib.
AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri, polis əməkdaşları və müşahidəçilər üçün yaddaş kitabçaları hazırlanıb.
Yaddaş kitabçaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Yaddaş kitabçalarında KİV nümayəndələrinin, polis əməkdaşlarının və müşahidəçilərin seçkilər dövründəki fəaliyyəti, hüquq və vəzifələri haqqında ətraflı məlumat öz əksini tapıb.

Daxili siyasət 2020-01-21 12:11:00