×
A
A
A
Sazlamalar

Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq

Bakı, 21 yanvar, AZƏRTAC

Bu gün Azərbaycanda gənc və təhsilli kadrlar dövlət idarəçiliyinə cəlb olunur. Bu, ölkənin daha da inkişafı üçün çox əhəmiyyətlidir. Əminəm ki, formalaşacaq parlament də ölkədəki yeniliklərə uyğun olacaq.
AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında İsrail-Azərbaycan Azİz Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.
Baş direktor bildirib ki, deputatlığa namizədlər arasında kifayət qədər bacarıqlı və intellektli insanlar var. “Mən iki dəfə Azərbaycanda seçkilərdə müşahidəçi qismində iştirak etmişəm. Hər iki seçki yüksək səviyyədə keçirilib. Mənimlə birlikdə seçkiləri izləyən Knesset deputatları da seçkilərin texniki təchizatı və səviyyəsindən razı qalıblar. Əminəm ki, bu parlament seçkiləri də ən yüksək səviyyədə keçiriləcək”, - deyə L.Spivak bildirib.

Daxili siyasət 2020-01-21 12:06:00