×
A
A
A
Sazlamalar

Gürcüstan Müsəlmanları İdarəsi Gürcüstandan olan 20 Yanvar şəhidləri üçün fotoalbom hazırlayıb

Tbilisi, 21 yanvar, AZƏRTAC

Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Gürcüstandan olan 20 Yanvar şəhidləri üçün fotoalbom hazırlayıb.
GMİ-nin şeyxi hacı Ramin İgidov AZƏRTAC-a bildirib ki, Qanlı Yanvar faciəsi zamanı Gürcüstanın müxtəlif bölgələrindən olan 6 nəfər şəhid olub. Onlardan biri olan İlqar Əhmədov Bolnisi rayonunun Faxralı kəndində dəfn edilib. Qalan 5 şəhid isə Bakıdakı Şəhidlər xiyabanında dəfn olunub.
GMİ anım günlərində müxtəlif tədbirlər keçirib, şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrələri açılıb. Eyni zamanda, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün fotoalbom hazırlanıb. Fotoalbomda şəhidlərin fotoları ilə yanaşı, onlar barədə məlumatlar da yer alıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2020-01-21 11:02:00