Azərbaycanın diaspor fəalı Ukrayna mediasında 20 Yanvar faciəsindən yazıb
Kiyev, 21 yanvar, AZƏRTAC
Ukraynanın tanınmış “Obozrevatel” saytında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərovun müəllifi olduğu məqalədə sovet ordusunun Azərbaycanda dinc sakinlərə qarşı amansız cinayətindən bəhs edilib.
20 Yanvar faciəsinin onun uşaqlıq illərinə təsadüf etdiyini xatırladan müəllif mülki şəxslərin necə qətlə yetirildiyindən, dəhşətli bir cinayətin törədildiyindən yazıb.
Məqalədə qeyd olunub ki, azərbaycanlılara qarşı törədilən qırğın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli idi. SSRİ rəhbərliyi Ermənistanın işğalçı və terrorçu əməllərinə etiraz edən azərbaycanlıları kölə vəziyyətinə salmaq istəyirdi. Lakin Azərbaycan xalqı mübarizə apararaq müstəqilliyini bərpa etdi.
Müəllif yazır ki, o faciədən sonra Ukraynada təhsil alan azərbaycanlılar Kiyevin mərkəzi meydanında öz etiraz səslərini ucaldıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb