×
A
A
A
Sazlamalar

Moldova qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc edilib

Kişineu, 20 yanvar, AZƏRTAC

Moldovanın “Ziarul de Garda” qəzetində dərc edilən, Moldova Azərbaycanlıları Konqresinin sədri Heybət Məcidovun müəllifi olduğu məqalədə sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törətdiyi bəşəri cinayət barədə ətraflı məlumat verilib. Bildirilib ki, həmin gün sovet rəhbərliyi öz silahsız xalqının üzərinə tanklar yeritdi. Nəticədə 147 nəfər şəhid oldu, 744 nəfər yaralandı.
Məqalədə qeyd edilib ki, sovet ordusu dinc vətəndaşları qətlə yetirməklə ən qəddar cinayət törətdi. O qanlı hadisələrdən 30 il keçməsinə baxmayaraq, hər il yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

20 yanvar 2020-01-20 18:31:00