×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin şahidi: O gecə baş verənlər gözlərimin qarşısından getmir

Bakı, 20 yanvar, AZƏRTAC 

20 Yanvar faciəsi haqqında danışmaq mənim üçün çox çətindir. Çünki həmin gecə baş verən dəhşətlərə şahid olanlardan biri də mənəm. Şahidi olduğum hadisələr hələ də gözlərimin qarşısından getmir. 30 il əvvəl törədilmiş faciə zamanı yaxınlarımdan bir neçəsini itirdim.
Bu sözləri ikinci qrup Qarabağ müharibəsi əlili, 20 Yanvar faciəsinin şahidlərindən biri olan Ağakərim Əzimov AZƏRTAC-a müsahibəsində deyib.
A.Əzimov bildirib ki, 30 il keçməsinə baxmayaraq, qədirbilən xalqımız Qara Yanvar faciəsinin qurbanlarını unutmur, onların xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axın edir: “Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Onlar tarixə adlarını yazdırmağı bacaran qəhrəmanlardır. Şəhidlik zirvəsinə ucalan hər bir vətəndaşımızın xatirəsi bizim üçün əziz, onların mübarizliyi isə örnəkdir”.
O, həmçinin Qarabağ müharibəsi zamanı Füzuli, Laçın, Kəlbəcər və Şuşa rayonları istiqamətində gedən döyüşlərdə iştirak etdiyini də diqqətə çatdırıb.
Ağakərim Əzimov Azərbaycanda bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, Prezident İlham Əliyevin onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sərəncam və fərmanlar imzaladığını vurğulayıb.

20 yanvar 2020-01-20 17:03:00