×
A
A
A
Sazlamalar

Naftalanda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib

Naftalan, 20 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Naftalanda Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə iştirak edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri Xatirə kompleksini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Şəhidlik zirvəsinə yüksəlmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin xatirəsinə dualar oxunub.
Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhərin ərazisində dövlət bayraqları endirilib, saat 12:00-da bütün yaşayış məntəqələrində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

Regionlar 2020-01-20 16:43:00