×
A
A
A
Sazlamalar

Çingiz Əhmədov: Gənclərimiz 20 Yanvar şəhidlərimizi heç vaxt unutmamalıdırlar

Bakı, 20 yanvar, AZƏRTAC

Bu gün hər bir azərbaycanlı üçün çox ağır gündür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar artist, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Çingiz Əhmədov deyib.
Həmin ağrılı-acılı günləri yaxşı xatırladığını söyləyən Ç.Əhmədov deyib: “Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu gün teatrımızın kollektivi Şəhidlər xiyabanına gələrək onların əziz xatirəsini ehtiramla anır.
İllər ötsə də gənclərimiz bu qəhrəmanlarımızı heç vaxt unutmamalıdırlar. Gənclər bu hadisələr barədə məlumatlı olmalıdır. Ruhları şad olsun!”.

 

20 yanvar 2020-01-20 16:27:00