×
A
A
A
Sazlamalar

Talıb Hüseynov: 20 Yanvar çox dəhşətli, qanlı hadisə idi

Bakı, 20 yanvar, AZƏRTAC 

20 Yanvar hadisələrini öz gözümlə görmüşəm. Çox dəhşətli, qanlı hadisə idi. İmperiya ordusu xalqımızın azadlıq, müstəqillik arzusunu boğmaq üçün insanları vəhşicəsinə qətlə yetirirdi. Ətraf büsbütün al-qan içində idi.
Bu sözləri Şəhidlər xiyabanını ziyarətə gələn Qarabağ müharibə veteranı Talıb Hüseynov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi daim uca tutulur. Mən tez-tez Şəhidlər xiyabanına gəlir, onların xatirəsini yad edirəm. Xalqımız öz fədakar, mərd, qəhrəman övladları ilə fəxr edir.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs edən T.Hüseynov Vətən sevgisinin müqəddəs olduğunu söyləyib. O, qəsbkar ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.

20 yanvar 2020-01-20 16:24:00