×
A
A
A
Sazlamalar

20 Yanvar azadlığımızın və milli iradəmizin simvoluna çevrilib

Naxçıvan, 20 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar – azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda tədbir keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov çıxış edərək SSRİ-nin ermənipərəst rəhbərliyinin Azərbaycan xalqına qarşı məkrli siyasəti nəticəsində 20 Yanvar faciəsinin törədildiyini bildirib. Hikmət Kərimov qeyd edib ki, həmin gün Azərbaycan xalqının tarixinə tək faciə kimi yox, həm də qəhrəmanlıq nümunəsi kimi yazılıb. O, ölkəmizin həmin ərəfədə informasiya blokadasında olduğunu və yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində cəsarətli bəyanatı ilə xalqın səsini dünyaya çatdırdığını söyləyib.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti, daxili xidmət kapitan Turan Şahhüseynovun “20 Yanvar - müstəqilliyə gedən yol”, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat növbətçisinin köməkçisi, daxili xidmət baş leytenant Toğrul İsmayılovun “20 Yanvar - xalqımızın qan yaddaşıdır” və Mülki müdafiə işinin təşkili şöbəsinin, əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarovun “20 Yanvar - müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” mövzularında çıxışları dinlənilib.
Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Regionlar 2020-01-20 16:21:00