×
A
A
A
Sazlamalar

Sudeyif İmamverdiyev: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı əsl vətənpərvərlik nümunəsidir

Bakı, 20 yanvar, AZƏRTAC

İyirmi Yanvar faciə olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günüdür.
Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev bildirib. O qeyd edib ki, həmin qanlı hadisələrdən otuz il keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsini unutmur və şəhidlərimizin xatirəsini əziz tutur. 20 Yanvar ildən-ilə xalqımızın yaddaşında, qəlbində əbədiləşir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimizə öz ehtiramını bildirir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı əsl vətənpərvərlik nümunəsidir.
Sudeyif İmamverdiyev əlavə edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb.

20 yanvar 2020-01-20 16:20:00